Ötən gecə yumor ustası, "Bu şəhərdə" komandasının üzvü Coşqun Rəhimov müayinə üçün İstanbula yola düşüb.
SİA-nın verdiyi xəbərə görə, bu barədə sözügedən komandanın prodüseri Müşviq Abbasov sosial şəbəkədə yazıb: "Dostlar, bizim Coşqun bu gün İstanbula növbəti müayinəyə getdi. Gəlin, ona şəfa diləyək".
Qeyd edək ki, Coşqun Rəhimov 3 il bundan öncə boynunda aşkarlanan şişlərə görə əməliyyat olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB