Aygün Bəylər ermənilərin təşkil etdiyi tədbirin qonorarını alıbmı? YENİLƏNİB
Xəbər verdiymiz kimi Azərbaycan səhnəsini tərk edən, erməni şou-biznesinə qatılan əməkdar artist Aygün Bəylər dekabr ayının 17-də Qriqori adlı imkanlı erməninin evində düzənlədiyi məclisdə iştirak edəcək. Aygün dekabrın 18-də isə "Qoluboy ozera" restoranında səhnəyə çıxacaq.
Məsələni dəqiqləşdirmək üçün dəfələrlə Aygünlə əlaqə saxlamaq istəsək də cəhdlərimiz boşa çıxmışdı. İfaçı dəstəyi qaldıraraq "Bəsdirin, cavab vermək istəmirəm" - deyərək telefonunu söndürmüşdü.
Lakin xəbər yayıldıqdan sonra əməkdar artistin özü əməkdaşımızla əlaqə quraraq bunları dedi: "Sözügedən konsertin erməni məclisinin olduğunu bilmirdim. Sadəcə olaraq mənə söylədilər ki, çıxış etməliyəm. Geniş araşdırmamdan sonra bəlli oldu ki, imkanlı erməni evində tədbir təşkil edib. Məni həmin məclisə dəvət edən təşkilatçıyla əlaqə saxlayaraq bildirdim ki, əgər o tədbirdə erməni varsa, mən gəlməyəcəm".
Qeyd edək ki, Aygün Bəylər Qriqori adlı imkanlı erməninin evində düzənlədiyi məclisdə iştirak etməkdən imtina etdiyini söyləsə də, Rostovdan əldə etdiymiz məlumata görə, sənətçi artıq həmin tədbirin qonorarını alıb.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB