Prodüser Faiq Ağayevdən üzr istədi FOTOLAR

Prodüser Faiq Ağayevdən üzr istədi FOTOLAR

Xalq artisi Faiq Ağayev və prodüser Tarix Əliyev (Tolik) arasında barışıq xəbəri öz təsdiqini tapıb. SİA-nın verdiyi xəbərə görə, bir neçə gün öncə prodüser Tolik Faiq Ağayevin evində onunla birlikdə çəkdirdiyi şəkilləri sosial şəbəkələrdə paylaşıb. Bu da şou-biznes aləmində böyük səs-küyə səbəb olub. Son bir neçə ayda Tolikin xalq artistinin ünvanına səsləndirdiyi heç də xoşa gəlməyən ifadələrdən sonra yayılmış bu şəkillər əməlli-başlı gündəmi zəbt etmişdi.

Nəhayət ki, olanlarla bağlı xalq artisi Faiq Ağayev KİV nümayəndələrinə rəsmi açıqlama verdi.

"Son zamanlar bəzi mətbu orqanlarında barəmdə ardıcıl olaraq çirkin məlumatlar yer alırdı. Məsələnin şəxsi olmasını və dəyərli mətbuat nümayəndələrinin israrlı istəklərini nəzərə alaraq, mövzuya münasibət bildirmək məcburiyyətindəyəm. Təqribən yarım il ərzində prodüser Tolik, tam səbəbsiz və əsassız olaraq, ünvanıma xoşagəlməz fikirlər bildirməkdə idi. Dərclərin miqyası artdıqda, məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb, hərəkətlərinə rəsmi izah gətirməsini istədim. Məlum oldu ki, Tolik bu hərəkətləri ətrafında dolaşan bədxahların yalan sözlərinə inanaraq, onların təhriki nəticəsində edib. Bu həqiqət ortaya çıxdıqdan sonra Tolik etdiklərindən təəssüflənib, məndən üzr istədi. Onun bu səmimi, cəsarətli addımını dəyərləndirib, üzrxahlığını qəbul edib, aramızda olan mənasız qarşıdurmaya son qoydum".

Bütün xəbərlər Facebook səhifəmizdə