Meyxanaçımızı İsraildə belə qarşıladılar

Meyxanaçımızı İsraildə belə qarşıladılar

İsraildə Üzeyir Mehdizadənin izdihamlı konserti baş tutub. Bu haqda SİA-ya təşkilatçı prodüser Samir Xəttab məlumat verib: "Üzeyir İsraildə dünya ulduzları səviyyəsində qarşılandı. 1200 bilet satıldı. Konsert proqramında hər kəs Ü.Mehdizadəni böyük həvəslə izləyib, rəqs edirdi. Konsertdə həmvətənlərimizlə yanaşı, digər millətlərdən olan insanlar da iştirak edirdilər. Onu da deyim ki, meyxana ifaçısı İsraildəki həmvətənlərimizin qonaqpərvərliyindən çox razı qalıb".

Qeyd edək ki, Üzeyir Azərbaycan bayrağı asılmış səhnədə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə