Məşhur rokçunun övladı oldu

Türkiyənin məşhur rokçusu Teoman ata olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçının qızı olub.

Nəzərinizə çatdıraq ki, ata olmaq üçün evləndiyi söylənilən Teoman arzusuna çatıb. Məşhur rokçunun həyat yoldaşı körpəsini Türkiyənin Acıbadəm xəstəxanasında dünyaya gətirib. Uşağın çəkisi 3.5 kiloqram, boyu isə 47 santımetrdir. Cütlük hələ ki, övladına ad qoymayıb.

Qeyd edək ki, Teoman 12 illik dostu Aişə Kaya ilə 2012-ci ilə nikah masasına oturub.

Bütün xəbərlər Facebook səhifəmizdə