Gülüş dolu "Bozbash Pictures" bu gün də ən maraqlı bölümü ilə tamaşaçıların görüşünə gələcək. SİA-nın verdiyi xəbərə görə, hamının səbirsizliklə gözlədiyi Dubay bölümü nümayiş olunacaq.
Nəzərinizə çatdıraq ki, bu gün təqdim olunan bölümdə Şəmi (İlkin Həsəni) Şöşüyə (Ramil Babayev) ad günü keçirmək üçün Dubaya üz tuturlar. Onlarla birlikdə Şirin (Nicat Rəhimov), Fəlakət (Elşən Orucov) və Əzəmət (Azər Baxşəliyev) də gedir. Bölgələrimizdə olduğu kimi Dubayın da gəzib-görməli yerlərindəki aktyorlarımızın sərgüzəştləri davam etməkdədir. Belə ki, sevimli qəhrəmanlarımızın başlarına hansı gözlənilməz hadisələrin gələdiyini izlədikdən sonra biləcəksiniz.
Qeyd edək ki, "Bozbash Pictures Dubay" dekabrın 14 və 21-i saat 22:00-da ATV telekanalında yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB