İlhamə Quliyeva son xəbərdarlığını etdi

İlhamə Quliyeva son xəbərdarlığını etdi

Müğənni Natəvan Həbibinin verilişlərin birində "İlhamə Quliyeva Qurana and içdi ki, o mənim haqqımda "Sussun, otursun yerində" sözləri deməyib. Bunlar yalnız jurnalistin uydurmasıdır" sözlərindən sonra İlhamə Quliyeva əsəbləşib və onun mətbuat katibi Faiq Ələkbərli bu haqda SİA-ya açıqlama verərək Natəvana cavab verib: "Mən Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət və Şərəf ordenli İlhamə xanım Quliyevanın mətbuat katibi kimi sənətkarın istəyi ilə müğənni Natəvan Həbibiyə bundan sonra onun adını çəkməyə qadağa qoyuram. Natəvana demək istəyirəm ki, İlhamə xanım heç kimdən çəkinmir ki, onun yanında Qurana əl bassın. O, hər sözünün arxasında duran, nə danışdığını çox gözəl bilən sənətkardır. Odur ki, bundan sonra öz nüfuzunu qaldırmaq, reytinq qazanmaq üçün heç bir sənətçi İlhamə xanım Quliyevanın adını çəkməsin. Bu, son xəbərdarlıqdır. Bir daha hər hansı bir şəxs İlhamə xanımın adından istifadə edib, həqiqətə uyğun olmayan açıqlamalar versə, qanun qarşısında cavab verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə