"Şou Prodakşın"ın təşkilatçılığı ilə "İlin Favoriti" mükafatını sahiblərinə təqdim etmək üçün sorğulara başlanılıb. SİA-nın verdiyi xəbərə görə, sorğular sosial şəbəkələrdə və e-poçt ünvanı vasitəsi ilə virtual formada həyata keçiriləcək. Mükafatın bu ilin dekabr ayının 26-da öz sahiblərinə təqdim olunması nəzərdə tutulub. Məqsəd 2013-cü ildə yeni-yeni layihələrlə öz pərəstişkarlarını sevindirənləri, hit mahnıların müəlliflərini həmkarlarından fərqləndirməkdir. Mükafatın şou-biznes nümayəndələrinə, TV və radionun maqazin verilişlərinə, aparıcılara, rejissorlara, prodüserlərə, qəzet və internet portallarına və onların yazarlarına, model ve modelyerlərə, rəqqas və rəqqasələrə təqdim olunması nəzərdə tutulub.
Qeyd edək ki, sorğularda iştirak etmək üçün "Facebook" -da yaradılan "İlin Favoriti " səhifəsinə və [email protected] e-poçt ünvanına namizədlərin adlarını yazmaqla qoşulmaq olaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB