Müğənni Elçin Cəfərov yeni sayt açıb. SİA-nın verdiyi xəbərə görə, Elcinceferov.com saytının açılışı Elçinin fanatı, Aygün Babayevanın təşəbbüsü ilə olub. Həmin saytda fanatlar sənətçiylə daha da yaxından ünsiyyət qura biləcəklər. Belə ki, sayta daxil olan bütün mesajları Elçin şəxsən oxuyub, cavablandıracaq. Elcinceferov.com saytından mahnılar, kliplər, bir sözlə müğənni haqqında ən son yenilikləri barədə məlumat əldə edə biləcəksiniz.
Qeyd edək ki, saytın dizaynı Elçinin fanatı Ayxan Salahova məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB