2013-cü il şou-biznes nümayəndələrinin xatirində necə qaldı? SORĞU-FOTOLAR

2013-cü il şou-biznes nümayəndələrinin xatirində necə qaldı? SORĞU-FOTOLAR

"2013-cü ilin son günlərini yaşayan şou-biznes nümayəndələrinin bu il yaradıcılıqlarında və şəxsi həyatlarında nə kimi hadisələr baş verdi?" sualı altında sorğu keçirdik. Tanınmışların SİA-ya cavabları belə oldu:

Əməkdar artist Firuzə İbadova: "2013-cü ildə konsert proqramlarında oldum. Bir çox mahnılar aranjiman etdirdim. Şəxsi həyatımda isə hələ də evimin pulunu ödəyə bilməmişəm. Banklara xeyli miqdarda borcum var. Ancaq sevindirici hal odur ki, bacım Rəhilə azadlığa buraxılıb".

Müğənni Xumar Qədimova: " Bu il "Dustaq birdə sevər oldu", "Gecələr", "Dilbərim", "Şükür ki, ölməmişəm" kimi bir çox bəstələrim işıq üzü gördü. Ən əsası isə "Dünya sənin dünya mənim, dünya heç kimin" mahnısına yeni nəfəs verdim".

Müğənni Nurlan Təhməzli: "2013-cü ildə "Sevdamın adı sənsən" və "Sən özündə yanmısan" bəstələrimə ekran işi verdirdim və "Gəl evlənək" kimi mahnılarım işıq üzü gördü. Daha sonra Sevda Yahyayevaya, Günel Məhərrəmovaya və digər ifaçılara mahnı yazdım. Hazırda Türkiyədə albomum üzərində işlər gedir. Diskimi də yaxın vaxtlarda tamaşaçıların ixtiyarına verəcəm".

Müğənni Emil Bədəlov: "Yeni mahnılar yazdırıb, kliplər çəkdirdim. Şəxsi həyatımda isə yenidən Həcc ziyarətinə getmək nəsib oldu və çay evimin açılışını etdim".

Müğənni Əbdül Xalid: "Yeni "Atam icazə verir", "Can yoldaşım" kimi mahnılarım işıq üzü gördü. Şəxsi həyatımda da hər şey yaxşıdır".

Müğənni Elvin Abdullayev: "Bir neçə bəstələrimi ərsəyə gətirdim və "Həyat dostum" adlı mahnımı lentə aldırdım. Şəxsi həyatımda isə nişanlandım".

Müğənni Aysel Əlizadə: "Türkiyədə "Səndən başqa" adlı mahnıma klip çəkdirdim. Özəl həyatımda isə hələ ki, heç bir dəyişiklik yoxdur".

Rəqqasə Fatimə Fətəliyeva: " "Banu" rəqs məktəbinin açılışını etdim. Yeni rəqslər oynadım. Şəxsi həyatımda isə qızım ali məktəbə daxil oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə