Sənətçi: “Mənim razılığımla Ceyhun ona təcavüz edib” ŞOK

Sənətçi: “Mənim razılığımla Ceyhun ona təcavüz edib” ŞOK

Müğənni İranə İlkinin evində 7 il dayə işləyən Aygün Xəlilova şok iddia qaldırıb. Aygün bildirib ki, İranənin razılığı ilə əmisi oğlu Ceyhun Vəliyev ona təcavüz edib. Təcavüzdən sonra, hamilə qalan Aygün müğənninin evindən qaçıb. İndi isə qucağında uşaqla qalan dayə həm İranəyə, həm də onun əmisi oğluna qarşı ciddi ittihamlar irəli sürür.

Məsələ ilə bağlı olaraq İran İlkinin özü ilə əlaqə saxladıq. Sənətçi SİA-ya bunları dedi: "Aygün Xəlilova 7 ildir ki, evimdə dayə işləyir və bir evdə qalırdıq. Heç vaxt onun şəxsi həyatına qarışmamışam. Hətta son vaxtlar evə gəlmirdi. Günlərlə yox olurdu. Mənim Ceyhun Vəliyev adında əmim oğlu var. Xəbərim olmadan aralarında münasibət var imiş. Ceyhun da evlidir. Aygünün hamilə olmağından xəbərim yox idi. Bir neçə gün öncə yediyi yeməkdən zəhərləndiyi üçün xəstəxanaya apardım. Həkimlər onun qanını yuduqdan sonra bildirdilər ki, hamilədir. Həkim mənə bu sözü deyəndə çox təəccübləndim. Xəstə olduğu üçün həmin gün ondan heç nə soruşmadım. Səhəri gün yuxudan ayıldıqdan sonra uşağının kimdən olduğunu soruşduqda hamilə olduğunu inkar etdi. O gündən sonra da evdən də getdi. Sonra isə xəbər aldım ki, oğlu olub. İndi Aygün idda qaldırıb ki, əmim oğlu onu zorlayıb. Ona görə də arvadını boşayıb, bunu almalıdır. Hazırda mənim adımı ortada hallandıraraq söyləyir ki, mənim razılığımla Ceyhun ona təcavüz edib. A.Xəlilovanın mənim haqqımda dediyi sözlər ağ yalandır".

Bütün xəbərlər Facebook səhifəmizdə