Muğam ifaçısı Eldəniz Məmmədov efirlərdən uzaq düşüb. Sənətçi gec-gec görünməsinin səbəbini SİA-ya açıqlayaraq bu işdə kanalları günahlandırıb: "Bəzi efirlər var ki, dəvət etmirlər. Ancaq səbəbini bilmirəm. İnanın oxuyacaq kifayət qədər musiqlərim var. Səsim isə hər kəsə bəllidir. Əslində ərkim çatdığı kanala müraciət edirəm. Ancaq nə zamana qədər mən deyəcəm? Onların özləri mənim kimi ifaçıları çağırıb tamaşaçılara zövqlü musiqi təqdim etməlidirlər. Yenə də sağ olsunlar. Əsas odur ki, mən hələ də səhnədəyəm. Bu o demək deyil ki, mən hökmən televiziyada verilişlərə çıxmalıyam".
Qeyd edək ki, Eldəniz Məmmədov gələn il Heydər Əliyev Sarayında solo konsert verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB