Qardaşının ölmünə səbəb olan Aslan bu dəfə nə edəcək? FOTOLAR

Qardaşının ölmünə səbəb olan Aslan bu dəfə nə edəcək? FOTOLAR

Hər həftə hər kəsin maraqla izlədiyi "Toy gecəsi" serialının qəhrəmanı Aslan nəhayət ki, növbəti hiyləgər planını həyata keçirtmək istəyərkən özü də bilmədən iz qoyur. Digər tərəfdən, toy gecəsi baş vermiş hadisədən sonra Səbinə ilk dəfə mübahisə predmetinə çevrilmiş şirkətə işə çıxır. Cahan şirkət və Səbinəylə bağlı gizli niyyətlərini Elnura açıqlayır. Tanınmış sənətçi Namiq Qaraçuxurlunun canlandırdığı məşhur iş adamı Murad Qəhrəmanov nişanlısı Aydanı restorana şam yeməyinə dəvət edir. Bundan xəbərdar olan onun köməkçisi Zaur əlbir olduğu adamlara məlumat verir və həmin adamlar torpaq alqı-satqısı müqaviləsini zorla imzalatdırmaq üçün restoranda Murad Qəhrəmanova hücum edirlər. Görəsən, bu dəfə Zaurun hiyləgər planı baş tutacaqmı?

Bu və digər suallara cavab tapmaq, gərgin və dinamik şəkildə cərəyan edən hadisələrin təfərrüatlarını bilmək istəyirsinizsə "Toy gecəsi" serialının bu gün axşam saat 19:00-da, ATV kanalında yayımlanacaq 10-cu bölümünü izləməyi unutmayın.

Bütün xəbərlər Facebook səhifəmizdə