Nüşabə Ələsgərli uğuruna belə sevindi

Nüşabə Ələsgərli uğuruna belə sevindi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Tanınmışlar arasında "Əməkdar artist" fəxri adına layiq görülən müğənni Nüşabə Ələsgərli də olub. O, öz hisslərini SİA ilə bölüşüb: "Fəxri ad almağımdan xəbərim olmayıb. İlk olaraq bu məlumatı rəfiqəm verdi, ancaq inanmadım. Daha sonra ətrafımda olan hər kəs mənə zəng edərək təbrik etməyə başladı. Prezidentimiz cənab İlham Əliyevə məni "Əməkdar artist" adına layiq gördüyü üçün minnətdaram. Onu da deyim ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyev də "Əməkdar Elm Xadimi" adını alıb. Bu münasibətlə Timuçin Əfəndiyevi də təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə