Amaliya Pənahova illər öncəyə qayıtdı

Amaliya Pənahova illər öncəyə qayıtdı

Həftənin beş günü Lider TV-də Sərxan Kərəmoğlunun təqdimatında yayımlanan "Nə olsun" verilişinin bugünkü qonaqları xalq artisti Amaliya Pənahova və türk aktyoru Mahmud Salcan olub. Onlar Azərbaycan və Türkiyə teatrlarını müqayisə ediblər. Qonaqlar illər öncəyə qayıdaraq keçmişdəki teatrlardan da söz açıblar. Amaliya Pənahova və Mahmud Salcanın digər söhbətlərindən xəbərdar olmaq istəyirsinizsə, "Nə olsun" verilişini həftə içi hər gün, saat 18:00-da, Lider TV-də Sərxan Kərəmoğlunun təqdimatında izləməyi unutmayın.

Nəzərinizə çatdıraq ki, "Nə olsun" verilişinin redaktoru Ceyran Nəriman, musiqi redaktoru isə Ülvi Qılıncdır.

Qeyd edək ki, "Nə olsun" verilişinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə