Sənətçi ailəsindən danışdı FOTOLAR

İfaçı Əbdül Xalid şəxsi həyatından söz açıb. O, SİA-ya açıqlaması zamanı sevib-seçdiyi xanımla ailə həyatı qurduğunu söyləyib: "Öz istədiyim xanımla evlənmişəm. Əgər ailələrimiz bizi tanış etsəydi, məncə düzgün olmazdı. Çünki mənim həyatımı nə anam, nə də atam yaşayır. Əsas onu deyim ki, kişi ilə qadının arasında hörmət olmalıdır. Bu vacib şərtdir. Kişinin borcudur ki, evə çörək gətirsin. Qadın isə evinin işləri ilə məşğul olub, övladına tərbiyyə verməlidir. Əgər qadın işləyirsə, evə kişidən çox pul gətirirsə, bu düzgün deyil. Bir sözlə, qadın çərçivədə olmalıdır".

Sənətçi uşaqlarından da söz açıb: "Övladlarıma qaynayıb-qarışmamışam. Ancaq problemli vaxtımda uşağımın yanına gələndə, hər şeyi unuduram. Bir sözlə, balalarımla nəfəs alıram. Övladları qorumaq lazımdır. Çünki onların pis və ya yaxşı əməllərinə valideyin cavabdehdir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...