Müğənni Rəqsanə İsmayılova sabah Bakıya gəlməyi planlaşdırmışdı. Ancaq Türkiyədə işləri uzanan sənətçi səfərini gələn həftəyə təxirə salıb. Bu haqda SİA-ya Rəqsanənin özü danışıb: "Bu gün Bakıya gəlməli idim. Amma bu müddətdə Moskvaya gedib, yenidən Türkiyəyə qayıdacam. Gələn həftə nəhayət vətənə dönməyi düşünürəm. Onu da deyim ki, yeni ilə kimi mətbuat nümayəndləri ilə görüşəcəm. Ötən açıqlamamda 5 müğənniyə öz mahnılarımı təqdim edəcəyimdən danışmışdım. Həmin proses mətbuat nümayəndələrinin iştirakı ilə olacaq. Nəzərinizə çatdırım ki, Yeni ili Moskvada qarşılayacam".
Rəqsanə paytaxtdakı şou-proqramlara qatılmayacağını və Moskvada səhnəyə çıxacağını da deyib: "Moskvada 3 məkandan dəvət almışam. Yeni il gecəsi 3 məkanda çıxışım olacaq. Həm də ailə üzvlərimlə birlikdə olacayıq. Bu səbəbdən Bakıdakı proqramlara qatılmayacam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB