Tanınmışlar iş başında FOTOLAR

Bəstəkar Sevinc Tofiqqızı gənc müğənni Aysel Əlizadəyə yeni bəstəsini təqdim edib. Sözləri millət vəkili Qənirə Paşayevaya məxsus olan mahnı "Söylə" adlanır. Bu haqda SİA-ya Ayselin özü məlumat verib: "Sözügedən mahnını mənə Sevinc xanım təqdim etdi. Sevinc Tofiqqızı ilə Qənirə Paşayevanın birgə işi ümid edirəm ki, hər kəs tərəfindən seviləcək. Onu da deyim ki, "Söylə" bəstəsini Osman bəy aranjiman edib".

Qeyd edək ki, sənətçi repertuarına daxil etdiyi "Söylə" mahnısını yaxın vaxtlarda tamaşaçıların ixtiyarına verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə