Aysel yerli rejissorları bəyənmədi?

Aysel yerli rejissorları bəyənmədi?

Müğənni Aysel Əlizadə yaradıcılığında baş verən yeniliklərindən söz açıb. Aysel SİA-ya açıqlaması zamanı qardaş ölkəyə gedəcəyini söyləyib: "Yanvar ayında yenidən Türkiyəyə yollanacam. Qardaş ölkəyə üz tutmama səbəb "Geri dönsən" adlı mahnıma klip çəkdirməyimdir. Bəstənin sözləri Leyliyə, musiqisi isə İlkin Həsəniyə məxsusdur. Artıq Türkiyəyə yollanmaq üçün hazırlıq işləri gedir. Ümid edirəm ki, bu ekran işimdə uğurlu alıncaq".

Aysel azərbaycanlı rejissorlara yox digər klipmeykirlərə müraciət etməsinin səbəbini də açıqlayıb: "Azərbaycanda yetərincə rejissor var. Sadəcə olaraq mənə türkiyəli klipmeykirlərlə işləmək çox rahatdır".

Bütün xəbərlər Facebook səhifəmizdə