Şou-biznes nümayəndələri şou göstərəcək

Azərbaycan estradasının tanınmış simaları yeni il günü biraraya gələcəklər. SİA-nın verdiyi xəbərə görə, onlar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə maraqlı şou proqramla çıxış edəcək. Artıq müğənnilər yeni il gecəsinin hazırlıqlarına başlayıb. Tamaşaçıları unudulmaz konsert proqramı ilə yanaşı sürprizlər, əyləncəli oyunlar, illüziya şousu, Yeni ilin rəmzləri Şaxta baba və Qar qızın xüsusi hədiyyələri və gecənin sonunda atəşfəşanlıq da gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə