Almaz Ələsgərli kimi sevir?

Əməkdar artist Almaz Ələsgərli şəxsi həyatı haqda danışıb. Xanım Ələsgərli SİA-ya açıqlaması zamanı sevdiyi şəxsin olduğunu deyib: "Hər bir xanıma arzu edirəm ki, tək qalmasın, dayağı olsun. İnsan sevəndə gözəlləşir. Elə mən də günbəgün qəşəngləşirəm (gülür). Həyat möcüzələrlə doludur. Mən bu möcüzələrə hazıram. Hətta bir gün dənizin içindən ağ atlı oğlanın gəlməyini və məni adaya aparmağını gözləyirəm. Odur ki, mən ümidli xanımam və həyatı çox sevirəm. Yaşamaq gözəldir. İnsan sevgi ilə dolu olmalıdır. Onu da deyim ki, sevdiyim olmasa yaşaya bilmərəm. Artıq bir şəxs var ki, qəlbimdə özünə yer tapıb".

Bütün xəbərlər Facebook səhifəmizdə