Ruslan Sabirlini hədələdilər FOTO

Bu gün hər kəsin maraqla gözlədiyi "Sənə inanıram" serialının 9-cu bölümü tamaşaçıların görüşünə gələcək. SİA-nın verdiyi xəbərə görə, baş rolunu Ruslan Sabirlinin canlandırdığı serilalda surpriz dolu anlar davam edir. Belə ki, Həmidin keçmiş nişanlısı Səbinə baş verənlərə dözməyərək intihara təşəbbüs edir. Daha sonra olanlardan hiddətlənən Səbinənin ailəsi Həmidi hədələyir. Həmidin dostu İqbalın xəyanəti isə davam edir.

Qeyd edək ki, "Sənə inanıram" serialı dekabrın 9-u saat 22:15 Xəzər televiziyasında yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə