Xalq artisti: “Kimlərinsə planlı tələlərinin qurbanı olmayacam”

Xalq artisti: “Kimlərinsə planlı tələlərinin qurbanı olmayacam”

Xalq artisti Aygün Kazımova qalmaqallara son qoymaq qərarına gəlib. Bu haqda SİA-ya açıqlama verib: "Sevimli tamaşaçılarım, fanatlarım, canlarım hiss edirəm, hər dəfə xoşagəlməz söz-söhbətlər sizə çox pis təsir edir. Hər zaman çox üzülürsünüz. Ətrafda mənə qarşı pis anlar yaşananda özümü yaxşı hiss etmirəm. Eyni zamanda çalışa bilmirəm. Bu halımı heç sevmirəm. İnanın, lider olmaq doğurdan da çox çətindir. Hələ nə qədər atılan daşlara məhəl qoymuram.

Üzülməyin, canlarım mənim, siz mənim hər şeyimsiz. Sizə söz verirəm, bir də heç kimin gözlənilməz təhqirlərinə, atmaca, şər və böhtanlarına cavab verməyəcəyəm və kimlərinsə planlı tələlərinin qurbanı olmayacam.

Bütün media nümayəndələrinə müraciət edirəm ki, məni kimlərinsə öncədən planlaşdırılmış çirkab oyunlarının qurbanı etməsinlər. Birtəfərli müsahibələr alıb, məni münasibətdə olmadığım insanlarla istəmədən qalmaqallara salmasınlar. Mən bunu istəmirəm. Çünki həm mən, həm də sevənlərim çox üzülür.

Hörmətlə: Xalq artisti, sizin Aygün Kazımova".

Bütün xəbərlər Facebook səhifəmizdə