Türkiyənin tanınmış müğənni və aktyoru Özcan Dəniz Bakıya gəlir.

SİA-nın verdiyi xəbərə görə, sənətçi bu günlərdə premyerası olan "Atəş və su" filminin Azərbaycanda olacaq təqdimatında iştirak edəcək.

Qeyd edək ki, adıçəkilən filmin təqdimat mərasimi Nizami Kino Mərkəzində reallaşacaq. Filmi izləmək və Ö.Dənizlə görüşmək istəyənlər artıq Nizami Kino Mərkəzinin kassalarından biletləri əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə