İbo yenidən baba olacaq

Türkiyə musiqisinin "İmperator"u İbrahim Tatlıses baba olacaq. SİA-nın verdiyi xəbərə görə, sənətçinin Perihan Savaşdan olan qızı Melek Zübeyde hamilədir.

Türkiyəli aktrisa Perihan Savaş "Düğün dernek" filminin qala gecəsində ailəsi ilə bağlı şad xəbər verib: "Qızımın 3yaşında bir övladı var. Qismət olsa, yenidən nənə olacağam. Qızım 5 aylıq hamilədir".

Qeyd edək ki, cütlüyün qızları Melek Zübeyde məşhurların övladı olmasına baxmayaraq, mediadan uzaq səssiz-səmirsiz həyat sürür.

Bütün xəbərlər Facebook səhifəmizdə