Kenan Doğulu Beren Saatsiz gəlməyinin səbəbini açıqladı FOTO

Kenan Doğulu Beren Saatsiz gəlməyinin səbəbini açıqladı FOTO

Bakıya gələn Türkiyənin məşhur müğənnisi Kenan Doğulu media nümayəndələri ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, sənətçi konsert əvvəli jurnalistlərin suallarını cavablandırıb. İfaçı sevgilisi Beren Saatla münasibətlərindən, paytaxtımıza səfərindən danışıb: "Berenin çəkilişləri olduğu üçün mənimlə Bakıya gələ bilmədi. Şəxsi həyatımdan danışmağı sevmirəm. Çünki bunlar ailə içində olan məsələlərdir. Toy tarixini də özümüz danışıb, müəyyənləşdirəcəyik. Onu da deyim ki, bu, Bakıya ilk səfərim deyil. Ancaq Heydər Əliyev Sarayında ikinci konsertimdir. Bütün günü oteldə olduğumdan şəhəri gəzmək imkan olmadı. Konsertin ardından Türkiyəyə qayıdacam. Çünki sabah studiyaya gedib yeni mahnılarımı hazırlayacam".

Nəzərinizə çatdıraq ki, konsertin təşkilatçısı Səlahəttin Atalaydır.

Qeyd edək ki, Kenan Doğulunun Heydər Əliyev Sarayında baş tutacaq solo konsertni qardaşı Ozan Doğulunun başçılıq etdiyi 27 nəfərlik musiqiçi qrupu müşayiət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə