“Bozbash Pictures”lə Lənkəranı nə birləşdirir? FOTOLAR

Hər kəsin üzündə gülüş yaratmağı bacaran "Bozbash Pictures" serialı bu gün də tamaşaçıların görüşünə gələcək. SİA-nın məlumatına görə, bu seriya Cənub bölgəmiz olan Lənkəranda çəkilib.

Yenə də maraqlı mövzularla qarşımıza gələn serialda Şəmi (İlkin Həsəni) və Şöşü (Ramil Babayev) Bakıdan Lənkərana limon ticarətinə qoşulmaq üçün üz tuturlar. Çalışıb Fəlakəti (Elşən Orucov) aldadaraq limonları ona satmaq qərarına gəlirlər. Ancaq bu işə Şirin (Nicat Rəhimov) qarışaraq onları polisə satır. Əzəmət (Azər Baxşəliyev) isə qoca qadınla macerası sonunda nə ilə nəticələndiyi sizlər üçün də maraqlıdırsa gözünüz ATV kanalında olsun.

Qeyd edək ki, "Bozbash Pictures Lənkəran" dekabrın 7-si saat 21:40-da ATV telekanalında yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə