“Aygünlə Röyanı da ötüb keçəcəm”

“Aygünlə Röyanı da ötüb keçəcəm”

İfaçı Ramal Əsədzadə şou-biznesdəki həmkarları haqqında sərt danışıb. O, SİA-ya açıqlaması zamanı iddialı çıxışlar edib: "Müğənnilər toyla yanaşı şou-biznes üçün də işləməlidirlər. Efirlərdə olmalı, yeni mahnılar yazdırmalı, konsertlər verməli, yeni layihələr hazırlamalıdırlar. Şərt o deyil ki, efirdə çıxıb kiminsə bostanına daş atmalısan. Ancaq mən Ramal Əsədzadə bəzi həmkarlarımdan fərqli olaraq şou-biznesdə bəzi şeyləri dəyişdirəcəm. İnşallah 2014-cü ildə böyük layihələr həyata keçirəcəyəm. Hətta həmin işləri görə bilsəm bir nömrəli sənətçilər Aygünlə Röyanı da ötüb keçəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə