Türkiyənin məşhur müğənnisi Özcan Deniz rejissorluğunu etdiyi "Ya sonra" filminin növbəti bölümünün çəkilişlərinə start verib. SİA-nın məlumatına görə, ifaçı bu haqda şəxsi səhifəsində məlumat verib: " "Ya sonra-2" filminin çəkilişləri başladı. Əyləncəli film olacaq. Bir sözlə ssenari, musiqi, gecə yağan yağış, Didəm ilə Adəmin sevgisi çox gözəldir".
Qeyd edək ki, Özcan Deniz dekabrın 19-u "Su və Atəş" filminin təqdimat mərasimi üçün Nizami Kino Mərkəzinə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB