Üzeyir Mehdizadə konsert verəcək

Üzeyir Mehdizadə konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, Qazaxıstandan konsertdən qayıdan müğənni dekabrın 14-də İsraildə məhşur restoranların birində konsert proqramı ilə çıxış edəcək. Onunla eyni səhnəni tanınmış israilli müğənnilər də bölüşəcək. 1200 nəfərlik restoranın artıq bütün biletlər satılıb.

Qeyd edək ki, Ü.Mehdizadə yanvar ayının 9-da yeni mahnısına çəkilmiş klipini təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə