Rəşad İlyasov verilişlərdən şikayət etdi

Rəşad İlyasov verilişlərdən şikayət etdi

Sevilən müğənni Rəşad İlyasovun ekranlardan uzaq düşməsinin səbəbi məlum olub. Sənətçinin özü bu haqda SİA-ya məlumat verərək musiqili verilişlərin azlığıdan şikayət edib: "Musiqili verilişlərimiz az olduğu üçün ekranlarda görünmürəm. Hazırda televiziyaların əksəriyyətini şou, yaxud da müğənnilərə lazım olmayan layihələr təşkil edir. Əgər hər hansı maraqlı, musiqili verilişlər olarsa təbii ki, mən də qonaq qismində iştirak edib, mahnılarımı ifa edərəm. Onu da deyim ki, hər zaman öz yerimdə görünüməyə çalışıram".

Bütün xəbərlər Facebook səhifəmizdə