Sənətçi ailəsi ilə birgə avtomobilində gecələdi

Sənətçi ailəsi ilə birgə avtomobilində gecələdi

Həftə içi beş gün Lider TV-də Sərxan Kərəmoğlunun təqdimatında yayımlanan "Nə olsun" verilişinin bugünkü qonaqları ektrasens Tamella Salamova, gitara ustası Rəmiş və həyat yoldaşı Gülü xanım olacaq. Gitara ustası keçmiş illərə qayıdaraq zamanında evinin olmadığını, hətta sənətçi bir müddət öncə avatomobildə həyat yoldaşı ilə birgə gecələdiyini deyib.

Gülü xanım isə verilişdə falçılardan söz açaraq, ona inandığını söyləyib və dəfələrlə Rəmiş bəyin cibindən cadu çıxardığını dilə gətirib.

Sözügedən verilişdə daha nələrin olduğunu bilmək istəyirsinizsə, "Nə olsun" verilişini həftə içi hər gün, saat 18:00-da, Lider TV-də Sərxan Kərəmoğlunun təqdimatında izləməyi unutmayın.

Qeyd edək ki, "Nə olsun" verilişinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə