Sevinc Musayeva: “Kimisə təkrarlamağı sevmirəm” FOTOLAR

Sevinc Musayeva: “Kimisə təkrarlamağı sevmirəm” FOTOLAR

Müğənni Sevinc Musayeva yeni klip çəkdirib. Bu haqda SİA-ya açıqlama verən Sevinc Avropa üslubunda ərsəyə gələn "Yalvarma" mahnısının görüntüləri HD keyfiyyətdə Slow mothion effektində olduğunu deyib: "Heç vaxt klipə 20 min manat xərcləmərəm. Bu məbləğə 4-5 yaxşı klip çəkdirmək mümkündür. Fikrimcə, klip dünya bazarına çıxmırsa, ona fantastik məbləğ ödənilməsinin önəmi yoxdur. 20 min manata yaxşı mahnılar yazdırıb, albom çıxarmaq daha məqsədə uyğun olar. Onu da deyim ki, kimisə təkrarlamağı sevmirəm. Hər şey bədahətən gəlir və gözəl alınır".

Xatırladaq ki, ekran işində S.Musayevanın tərəf müqabili onun keçmiş duet ortağı, fotomodel Aydın Cəfərovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə