Kamil yeni klip çəkdirir

Gənc müğənni Kamil Cəfərov yeni klip çəkdirir. Bu haqda SİA-ya ifaçının özü məlumat verib: "2013-cü ilin bitməyinə sayılı günlər qalsa da, fikirləşdim ki, yeni klip çəkdirim. Belə ki, "Ağlamaq istəyirəm" adlı mahnıma ekran işi verirəm. Klip haqqında daha ətraflı danışa bilməyəcəm. Ancaq ümid edirəm ki, lentə aldırdığım klip yaxşı alınacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə