Əməkdar artist KİV nümayəndələrinə xəbərdarlıq etdi

Əməkdar artist KİV nümayəndələrinə xəbərdarlıq etdi

Əməkdar artist Lalə Məmmədova şəxsi həyatı barədə məlumat yayılmasını qadağan edib. SİA-nın verdiyi xəbərə görə, sənətçinin özü bu barədə şəxsi səhifəsində məlumat verib.

Hörmətli media nümayəndələrinin nəzərinə!

Hər bir insanın həyatı enişli-yoxuşlu, işıqlı-qaranlıq təzadlarla doludur. Verilişlərin birində həyatımın hansısa, fraqmenti haqqında səmimi söhbət etmişəmsə, bu boşanmaq, ayrılmaq anlamına gəlməməlidir. Biz insanlar heç bir şeydən sığortalanmamışıq, yazını yazan jurnalistlər öz sənətlərinə hörmət edib, məlumatı dəqiqləşdirib, sonra geniş kütləyə çatdırmalıdırlar. Təəssüf ki, qeyri-peşəkarlar hər sahədə var və geniş kütlə onların yazısına istinadən gündəlik qeybət-söhbətlərini bu mövzular üzərində qururlar.

Nəzərinizə çatdırım ki, bu gündən etibarən informasiya saytlarında, tv maqazin verilişlərində, radio proqramlarda şəxsi həyatımla bağlı hər hansı bir məlumat verilməsinə rəsmi surətdə qadağa qoyuram. Əks halda qadağanı pozanlar qanun qarşısında cavab verməli olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə