Rəqsanə həmkarlarına mahnı hədiyyə edəcək

Rəqsanə həmkarlarına mahnı hədiyyə edəcək

Hazırda İstanbulda olan müğənni Rəqsanə İsmayılova türkiyəli heyətlə nəzərdə tutulan layihələrini həyata keçirir. SİA-nın məlumatına görə, müğənni söz və musiqisi özünə məxsus olan 5 mahnı hazırlayıb. Rəqsanə Türkiyədə aranjiman olunan mahnıları yerli sənətçilərimizə təqdim edəcəyini bildirib: "5 müğənninin kimliyini müəyyən etmişəm. Mahnıları səslərinə dəyər verdiyim həmkarlarıma hədiyyə edəcəm. Hələlik adlarını bəlli etmək istəmirəm. Gələn həftənin sonlarında Bakıya gəlib, mahnıları təqdim edəcəm. Onu da deyim ki, sənətimdə bir sıra yeniliklər olacaq".

Qeyd edək ki, Rəqsanə Bakıda bir sıra Yeni il çəkilişlərinə də qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə