“Zengin Kız Fakir Oğlan” serialına Azərbaycanlı aktyor qatıldı
Azərbaycanlı aktyor Nicat Həbibov TRT1 kanalında yayımlanan "Zengin Kız Fakir Oğlan" serialına dəvət edilib. SİA-nın verdiyi xəbərə görə, aktyor sözügedən serialda həkim Ramin obrazını canlandıracaq.
TRT- nin baş direktoru İbrahim Şahin bir neçə dəfə Azərbaycanı ziyarət edib və Azərbaycan üçün kanalın imkanlarını səfərbər edəcəyini söyləyib: "Azərbaycanın ağrısını, acısını, sevincini, kədərini eləcə də mədəniyyətini, ədəbiyyatını TRT vasitəsilə Türkiyə və Türk dünyasına çatdıracağam".
Serialın rejissoru Birol Güven may ayında Bakıya gələrək, TRT Bakı Təmsilciliyinin təşkilatçılığıyla imza günündə azərbaycanlı sənətçilərlə görüşüb. Birol Güven Nicatın serialda oynamasını azərbaycanlı tamaşaçılar tərəfindən sevinclə qarşılanacağı və xoş sürprizlərin davam edəcəyi mesajını verib.
Qeyd edək ki, "Zengin kız fakir oğlan" serialı hər həftənin cümə axşamı saat 21:50-də TRT kanalında yayımlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB