Muğam ifaçısı Bahar Lətifqızı Sevgi üçün möhtəşəm ad günü mərasimi təşkil edib. SİA-nın verdiyi xəbərə görə, 3 yaşlı Sevgini təbrik etmək üçün şou-biznesin bir çox nümayəndələri təşrif buyurub. Aygün Bəylər, Elnarə Abdullayeva, Manaf Ağayev, Nadir Qafarzadə, Xatirə İslam, Mətanət Əsədova, Əlikram Bayramov, Aşiq Telli, Aşıq Əli, İlahə İbadova, Rüfət Axundov, Samir Piriyev, Xatun, Məleykə Əsədova və bir çoxları gəlib.
Gecədə maraqlı anlar yaşanıb. Belə ki, şou-biznes əhli vur çatlasın ediblər. Ad günü mərasimində Manaf Ağayev və Mətanət Dadaşova duet oxuyarkən digər həmkarları da rəqs ediblər.
Mərasim zamanı müğənninin qızı üçün hazırlanan slayd şou da maraqla qarşılanıb.
Qeyd edək ki, Bahar Lətifqızı özü də kimsəsiz uşaqlar evində böyüdüyü üçün onları da qızı Sevginin doğum gününə dəvət edərək hədiyyələr bağışlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB