Bəstəkar-müğənni Emin "Zvezdı nad Moskvoy" ("Moskva üzərində ulduzlar") adlı mahnısına çəkdirdiyi klipi təqdim edib. SİA-nın verdiyi xəbərə görə, ifaçının bu mahnısı onun yeni albomunda yer alacaq.
Nəzərinizə çatdıraq ki, yaxın günlərdə işıq üzü görəcək diskdə Eminin rus dilində ifa etdiyi mahnılar olacaq. 12 mahnının daxil olacağı albomda müğənninin mərhum ifaçı Müslüm Maqomayevin səsləndirdiyi "Sinyaya veçnost"("Mavi əbədiyyət") mahnısı əsasında hazırlanan duet yer alacaq. Burada eyni zamanda "Amor" ("Sevgi"), "Ne işi menya" ("Məni axtarma"), "Tı ne odna" ("Sən tək deyilsən") kimi bəstələr də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB