Riqada Azərbaycanı Oksana təmsil edəcək

Riqada Azərbaycanı Oksana təmsil edəcək

Latviyanın paytaxtı Riqada "Miss Top of the World-2013" beynəlxalq model müsabiqəsinin finalı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, yarışmada ölkəmizi model Oksana Rzayeva təmsil edəcək.

Bu haqda xəbəri "High Life Fashion & Model Academy"nin direktoru Aqil Məmiyev bildirib ki, 22 yaşlı modelimiz Oksana artıq 2 gündür Riqadadır.

Qeyd edək ki, dekabrın 7-si baş tutacaq müsabiqədə dünyanın 18 ölkəsindən qızlar iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə