Sərxan Kərəmoğlu kimə haqqını halal etmədi?

Teleaparıcı Sərxan Kərəmoğlu ona quyu qazan insanlardan söz açıb. Bu haqda SİA-ya Sərxanın özü məlumat verib: "Lider TV rəhbərliyinin bir göstərişi var. Kanalımızda yayımlanan hər bir proqram məhz mənəviyyata qulluq etməlidir. Mən də bunu əsas tutaraq, bu göstəriş və əmrləri şərəflə yerinə yetirmişəm. İstər "Evimin qonaqları", istərsə də "Nə olsun?" proqramı zamanı qarşımda tək bir məqsəd olub. İnsanları bir-birinə qarşı qoymadan, aranı vurmadan, sosial problemlərinə toxunmadan, onların sənətlərini və iç dünyalarını tamaşaçılara təqdim etməkdir.

"Nə olsun" proqramında çalışan heyyət ilk gündən obyektivliyi qoruyub. İstəmişik ki, verlişimizin qonaqları sənət adamları və yazarlar heç bir təsir altına düşmədən düzgün və birtərəfli mövqe tutsunlar. Lider televiziyasının baş prodüsseri tək bizim proqrama deyil, eyni zamanda kanalımızda yayımlanan bütün proqramlara diqqət və qayğısını əsirgəmir. Bu da bizlərə stimul verir. 30 il səhnə və televiziya fəaliyyətimə baxmayaraq hər həftə televiziyamızın baş prodüsseri ilə məsləhətləşməyi özümə borc bilirəm. Onun dünyagörüşündən yararlanmaq və onun fikirlərini dinləyib, yerinə yetirmək mənim üçün böyük şərəfdir. Son aylarda mənim əleyhimə yazan "jurnalist" kimi özlərini qələmə verən bir neçə ünsürlərə sözüm odur ki, hələ 1983-cü ildə ilk dəfə Orxan Kamalın "Bir parça Vətən" əsərində baş rolu oynamışam. O gündən bu günədək şükürlər olsun ki, səhnədəyəm. Azərbaycan Mədəniyyət və İncəsənət Üniversitetini bitirmədiyimə görə heç də heyflsənmirəm. Televiziya sahəsində Moskvada Svetlana Sarokinanın məktəbini və eyni zamanda Ostankinoda rejissorluq kurslaını bitirib, Türkiyədə tanınmış yapım şirkətlərində təcrübə keçmişəm. Daha da ətraflı yazmağa heç də gərək bilmirəm. Bir tək onu deyə bilərəm ki Yeni Azərbaycan Partiyasının beşinci ildönümündə ulu öndərimiz Heydər Əliyevin təsis etdiyi Partiya məktəbinin məzunu olmuşam. 23 fəal gəncdən tək mən siyasətin deyil, sənətin arxasınca getdim. Siyasətdə özümü görə bilmədiyim üçün o yeri məşğul etmədim. Mənə dərs deyən bütün müəllimlərimlə Hidayət Orucov, Fatma Abdulzadə, Əbülfəz Qarayev, Polad Bülbüloğlu və digərləri ilə fəxr edirəm".

Teleaparıcı illər öncə vətəndən uzaqlaşma səbəbindən də söz açıb: "Azərbaycanın mədəniyyət sahəısində olan 2 nəfərin üzündən halal zəhmətim ilə qurduğum evimi atıb, özəl həyatımı və yaradıcı fəaliyyətimi dondurub, Bakıdan getmək məcburiyyətində qaldım və Türkiyədə hər şeyi sıfırdan başladım. Ancaq orda da məni rahat buraxmadılar. İşimə əngəl olmağa çalışdılar. Lakin bütün bu maneələrə baxmayaraq Türkiyədə " Türk Dövlətləri Kültur Birliyinin" komisiyya rəhbəri vəzifəsində fəaliyyətimi uğurla davam etdirdim. Hər gün müxtəlif görüşlər, əyləncəli tədbirlər vətən həsrəti çəkirdim. Qardaş dövlətdə çalışdığlma baxmayaraq çox darıxırdım. Həyatımın 4 ili mənə 40 il qədər uzun gəldi. Elə bildim 40 ildir qürbətdə yaşayıram. Məhz həmin dönəmdə mənim səsimə səs verən, qürbətçiliyimə son qoyan Lider televiziyası oldu. 1 ilə yaxın iki ölkə arasında qaldım.

Bu ilin may ayında isə Lider TV-nin rəhbərinin və baş prodüsserinin etimadı sayəsində ölkənin ən bahalı realiti şousu "Lift" mənə həvalə olundu. Etimadı doğrultduğdan sonra Lider Televiziyasının rəhbərinə və baş prodüsserinə güvənərək birdəfəlik vətənə qayıtdım. Buna görə də həm rəhbərliyə, həm baş podüsserə təşəkkürümü bildirirəm. Mənim haqqımda neqativ fikir yazanlara isə çox təşəkkür edirəm. Çünkü sizin hər bir yazınız mənə stimul verir və mənim var olduğumu sübuta yetirir. Bu neqativ fikirlərin, xoşagəlməz söz-söhbətlərin arxasında kimin olduğunu bilirəm. O şəxsə bir kəlmə demək istəyirəm ki, haqqımı sənə halal etmirəm".

Qeyd edək ki, Lider TV-də Sərxan Kərəmoğlunun təqdimatında yayımlanan "Nə olsun" verilişinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...