Əməkdar artist aparıcının danışmağına imkan vermədi FOTOLAR

Həftə içi beş gün Lider TV-də Sərxan Kərəmoğlunun təqdimatında yayımlanan "Nə olsun" verilişinin növbəti qonağı əməkdar artist Mətanət İsgəndərli olacaq. O, veriliş zamanı şou-biznesdə mədəniyyətsiz müğənnilərin çox olduğunu deyib. Hətta aparıcının danışmağına imkan verməyən müğənni bütün mahnılarını ürəklə oxuduğunu deyib. Mətanət xanım efirlərdə danışmaqdan çox ifa etməyə üstünülk verdiyini də söyləyib. Veriliş boyu deyib-gülən sənətçinin digər maraqlı söhbətləri haqqında xəbər tutmaq istəyirsinizsə, bu gün "Nə olsun" verilişini saat 18:00-da, Lider TV-də Sərxan Kərəmoğlunun təqdimatında izləməyi unutmayın.

Qeyd edək ki, "Nə olsun" verilişinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə