Qalmaqallardan kənar gəzən ifaçı Əbdül Xalid ənənəsinə sadiq qalmayaraq həmkarlarının bostanına daş atıb. SİA-ya açıqlama verən sənətçi müğənnilərin heç kim olduğunu deyib: "Toy yiyəsi sənətçini danışıqlar aparmaq üçün çağıranda ifaçı köməkçisini göndərir. Toy edən şəxs bu zaman qıcıqlanır ki, pul verirəm özü gəlmir, köməkçisini göndərir və düşünür ki, müğənni heç kimdir. Xüsusilə qeyd edim ki, bu vaxtadək getdiyim məclislərdə özümü elə aparmışam ki, ailələrinin içi kimi qəbul ediblər. İdarə etdiyim el şənliklərində içkili olan adam belə mənə hörmətlə yanaşıb. Odur ki, ifaçı elə hərəkət etməlidir ki, kənardakılar şəxsiyyətinə və məddəniyyətinə hörmət etsinlər. Yoxsa bəziləri kimi özlərindən razı olmasınlar. Ona görə deyirəm ki, müğənni heç kimdir. Bu sözümün də ağasıyam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB