Şəmi və Şöşü toyuq oğurlayanların izində FOTOLAR

Şəmi və Şöşü toyuq oğurlayanların izində FOTOLAR

Sevilərək izlənilən "Bozbash Pictures" serialı bu gün də tamaşaçılarla görüşə gələcək. SİA-nın verdiyi xəbərə görə, bu həftəki çəkiliş Salyanda baş tutub.

Yeni bölümdə yenə də maraqlı hadisələr yaşanıb. Belə ki, Əzəmtətin (Azər Baxşəliyev) toyuğu oğurlanır. Kömək üçün Şəmi (İlkin Həsəni) və Şöşüyə (Ramil Babayev) müraciət edir. Şirin (Nicat Rəhimov) və Fəlakətin (Elşən Orucov) toyuq oğurluğunda əlinin olub-olmaması isə izlədikdən sonra bilinəcək. Əgər sizin üçün də maraqlıdırsa bu seriyanı izləməyi unutmayın.

Qeyd edək ki, "Bozbash Pictures Salyan" 30 noyabr saat 21:40-da ATV telekanalında yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə