Türkiyə musiqisinin "İmperator"u müğənni İbrahim Tatlıses yenidən boşanıb. SİA-nın verdiyi xəbərə görə, sənətçinin özündən 29 yaş kiçik həyat yoldaşı ilə ayrılmasına səbəb səhhətində yaranan problemlər olub. İ. Tatlıses 2 il əvvəl evləndiyi Ayşegül Yıldız ilə ilk məhkəmə iclasında evliliyinə son qoyub.
Qeyd edək ki, Tatlıses ilə Ayşegül Yıldızın Elif Ada adında qızları var. 2013-cü ilin aprel ayında dünyaya gələn Elif Tatlısesin altıncı uşağıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB