Məşhur cütlük boşandı

2 illik boşanmaq mübahisəsi artıq sona çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, məşhur aktrisa Demi Moor və həyat yoldaşı aktyor Ashton Kutcher boşanıblar. 2011-ci ildən boşana bilməyən cütlüyün bu qədər gec ayrılmaqlarına səbəb 300 milyon dollar pulun aralarında bölünə bilməməsi olub.

Nəzərinizə çatdıraq ki, cütlüyün boşanmasına səbəb Kutcherin həyat yoldaşına xəyanət etməsi olub.

Qeyd edək ki, 2005-ci ildə ailə həyatı quran Demi Moorun 51, Ashton Kutcherin isə 35 yaşı var.

Bütün xəbərlər Facebook səhifəmizdə