Həftə içi beş gün Lider TV-də Sərxan Kərəmoğlunun təqdimatında yayımlanan "Nə olsun" verilişinin qonaqları uzun zamandır efirlərdən uzaq düşən İzzət Bağırov və əməkdar artist aktrisa Vəfa Zeynalova olacaq.
İzzət veriliş zamanı sosial şəbəkələrdən söz açaraq istifadəçisi olmadığını söyləyib. Lakin onun adına saxta profillərin açıldığını dilə gətirib.
Aktrisa Vəfa isə belə halları normal qarşıladığını deyib. Bütün bu söhbətlərdən agah olmaq istəyirsinizsə bu gün Lider TV-də, 18:00-da, Sərxan Kərəmoğlunun təqdimatında yayımlanan "Nə olsun" verilişinə baxmağı unutmayın.
Qeyd edək ki, "Nə olsun" verilişinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB