Tanınmış ifaçının Bakıya gələcəyi tarix bəlli oldu

Tanınmış ifaçının Bakıya gələcəyi tarix bəlli oldu

Tanınmış "UC-Kuduk" özbək qrupunun solisti Ziyad İşanxocayevin Azərbaycana gələcəyi tarix bəlli olub. SİA-nın verdiyi xəbərə görə, bu barədə müğənni Roza Zərgərlinin özü məlumat verib: "Mən Ziyad İşanxocayev ilə "Şərq bazarı" müsabiqəsində tanış oldum və onu paytaxtımıza dəvət etdim. Onu da deyim ki, Ziyad İşanxocayev ilə birgə ifa etdiyim duetin təqdimat mərasiminə qatılacam. Mahnı "Tı i ya" ("Sən və mən") adlanır".

Nəzərinizə çatdıraq ki, daha əvvəl özbək müğənnisi Roza Zərgərlinin çox gözəl səs diapazonuna sahib olduğunu və onunla birgə möhtəşəm layihə hazırlamaq istədiyini açıqlamışdı.

Qeyd edək ki, Ziyad İşanxocayev dekabrın 10-u, saat 18:30-da paytaxtımızın qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə