"Meyxanaçı Aydın Xırdalanlı bir müddət əvvəl mətbuatda yayımlanan müsahibəsində Faiq Ağayevə qarşı işlətdiyi ciddi və əsassız ittihamları təkzib edərək xalq artistindən üzr istəyib. Meyxanaçı Aydın Xırdalanlının təkzib və üzrxahlıq məktubunu SİA oxucularına təqdim edirik: "Bu yaxınlarda bir sıra kütləvi informasiya vasitələrində yayılan müsahibəmdə Azərbaycan Respublikasının xalq artisti Faiq Ağayev barədə danışarkən, ünvanına əsassız olaraq "narkoman" ifadəsini işlətdiyimdən təəssüflənir, səsləndirdiyim ittihamların yanlış olduğunu etiraf edirəm. Xalq artistinin adını bu cür nalayiq və alçaldıcı tərzdə hallandırdığım, etdiyim bu yolverilməz hərəkətimdən çox peşmanam. Təəssüf ki, səhhətimin hal-hazırkı durumu ilə əlaqədar, səmimi hörmət bəslədiyim sənətkarımız Faiq Ağayevə şəxsən üzrxahlıq edə bilmirəm. İşlətdiyim xoşagəlməz və əsassız ifadələrimə görə, Faiq müəllimdən üzr istəyirəm. Əminəm ki, xeyirxahlığı və böyük ürəyi ilə tanınan xalq artistimiz, səmimi peşmançılığımı qəbul edib, məni bağışlayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB