Sənətçilər əlil uşaqlara dəstək oldu FOTOLAR

Sənətçilər əlil uşaqlara dəstək oldu FOTOLAR

Əqli və fiziki cəhətdən qüsurlu olan uşaqlara dəstək olmaq üçün sərgi təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, sərgiədə iş adamları, sənətçilər və media nümayəndələri iştirak ediblər. Mərasimdə əlil rəssamların əl işləri nümayiş olunub. Qüsurlu uşaqlara dəstək olmaq məqsədi ilə sərgidə əsərlər satışa çıxarılıb. Satılan əsərlərdən əldə olunan gəlirin 50 faizi isə problemi olan uşaqların müalicəsi, ehitayacların müəyyən hissəsinin təmin olunmasına xərcələnmək üçün nəzərdə tutulub.

Nəzərinizə çatdıraq ki, sözügedən tədbirdə müğənnilərdən Roza Zərgərli və Zaur Əmiraslanov iştirak ediblər.

Qeyd edək ki, tədbirdə qonaqlar problemi olan uşaqlarla bağlı mini filmi də seyr ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə